Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Ecohiking” ekoturizm agentliyinin təşkilatçılığı, Abşeron Milli Parkının dəstəyi ilə “Avtomobildən en, bizə qoşul” adlı ekotur layihəsi çərçivəsində növbəti veloyürüş keçirilib.
Sağlam həyat tərzinin, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi, istixana qazı emissiyalarının azaldılmasına töhfə verilməsi və ekoturizmin təbliği məqsədilə təşkil olunan veloyürüşdə iştirakçılar Abşeron Milli Parkının ərazisində ümumilikdə 12 kilometr məsafəni velosipedlə, qalan hissəni isə piyada qət ediblər.
Yürüş çərçivəsində iştirakçılar Milli Parkın təbii xüsusiyyətləri, mənzərəli əraziləri və Xəzər sahilinin özünəməxsus gözəlliklərini müşahidə etmək imkanı əldə ediblər.
M.MİRZƏ
XQ