Abşeron polisi silsilə oğurluqlar törədən 32 yaşlı kişini saxladı

20.08.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Abşeron rayonunda altı avtomobil və iki marketi talayan şəxs saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Abşeron rayonunda müxtəlif vaxtlarda 6 avtomobildən pul vəsaitləri, mobil telefonlar, səsgücləndiricilər və digər qiymətli əşyalar oğurlanıb. pizza hut

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı C.Mikayılov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində yerləşən iki marketdən oğurluq etdiyi də məlum olub.

Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью