Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

27.12.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

“Report” un yerli bürosunun əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırlada ki, bundan əvvəl tibb müəssisəsinin direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью