Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 aprel, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
YAP-dan AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində Abşeron rayonu, “Ceyranbatan” su anbarı ərazisində 1200 ədəd Eldar şamı ağacı əkilib. Eyni zamanda, ağacların əkildiyi məkanda təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.