Abşeron rayonunda qonşular arasında baş verən münaqişə ölümlə nəticələnib

26.09.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib.

APA-nın məlumatına görə, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu Nadir qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib.

Tərəfləri sakitləşdirməyə çalışan İ. Həmidovun qohumu S. Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N.Axundov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью