Abşeron rayonunda silah sursat aşkarlanıb

31.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 31 may, Göyçək Mahmudlu, AZƏRTAC

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью