Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR Kənd və qəsəbələrdə...

25.11.2026

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində 2026-cı il ərzində avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, Abşeron Rayon İcra Hakimiyyəti bununla bağlı müvafiq satınalma müsabiqəsi elan edib.

İşlər çərçivəsində Xırdalan şəhəri, Saray, Mehdiabad, Ceyranbatan, Digah və Şəfəq qəsəbələrində, eləcə də Novxanı, Masazır və Fatmayı kəndlərində yol infrastrukturu yenilənəcək.

Layihənin ehtimal olunan dəyəri 2 milyon 832 min 754 manat 2 qəpik təşkil edir. Təmir işlərinin həyata keçirilməsi Abşeron rayonunda yol infrastrukturunun yaxşılaşdırılmasına, sakinlərin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью