Abşeron tatamisində III tur yekunlaşıb

31.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

İyulun 31-də yeniyetmə cüdoçular (U-17) arasında təşkil olunan Liqa yarışlarının III turuna yekun vurulub.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirin sonuncu günündə 5 çəki dərəcəsi üzrə 154 tatami ustası gücünü sınayıb. Son gündə qızlar -48 kq və -63 kq, oğlanlar isə -60 kq, -81 kq və +90 kq çəki dərəcələrində medal uğrunda mübarizə aparıblar.

Ümumilikdə 83 klub və idman cəmiyyətini təmsil edən 548 cüdoçunun (433 oğlan, 115 qız) qatıldığı yarışda fərqlənən idmançıları təqdim edirik:

Qızlar

48 kq

Fatimə Fərmanzadə (RKİM)

Gilas Hüseynova (RKİM)

Mədinə Hüseynova (Saray İK)

Fatimə Muradlı (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)

63 kq

Zilan Hüseynli (Şağan OİK)

Səma Vəlizadə (Neftçi Sumqayıt)

Mələk Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

Nəzakət Vəliyeva (Qədiroğlu İK)

Oğlanlar

60 kq

İlham Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

Ayxan Abbaszadə (Goranboy UGİM)

Əli Əlizadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

81 kq

Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)

Nemət Ələsgərov (Qəbələ İK şəhər)

Oktay Bəndəliyev (Arifoğlu İK)

Ömər Atayev (Judo Club 2012)

+90 kq

Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

İdris Xanbalayev (Ordu İdman Klubu)

Nazim Ağayev (FHN İSK)

Ruslan Kazımlı (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью