Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Abşeron" heyətini yeni basketbolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, Türkiyəli Ömər Yavaş mövsümün sonuna qədər "Abşeron"un uğurları üçün çalışacaq.
24 yaşlı basketbolçu son olaraq ölkəsinin 1-ci liqa komandası "Kapaklıspor"da forma geyinib. Ömər Yavaş karyerası ərzində superliqa komandası olan "Tofaş" və "Yalovaspor"un da şərəfini qoruyub.
Qeyd edək ki, türkiyəli basketbolçu "Tofaş"da keçirdiyi illər ərzində avropa kuboku, çempionlar liqası kimi turnirlərdə də çıxış edib.
İdman.biz