Abşeron yarımadasında suitilərin qorunması mərkəzinin yaradılması nəzərdə tutulur AZƏRTAC

28.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 dekabr, AZƏRTAC

Xəzərin Dağıstan sahillərinin bəzi yerlərində tez-tez rast gəlinən suiti cəsədləri magerasiya olunub, daxili orqanları çıxarılıb. Təəssüf ki, son illər istər Dağıstanda, istərsə də Azərbaycanda Xəzər dənizinin qərb sahilində suiti cəsədləri sayının uçotu mürəkkəbləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Geologiya və Geofizika İnstitutunda Elmi şuraların birgə iclasında məruzə ilə çıxış edən Təbiət Tarixi Muzeyinin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru Tariel Eybatov məlumat verib.

Məruzəçi vurğulayıb ki, hazırda Abşeron yarımadasında suiti fermasının və onların qorunması mərkəzinin yaradılması nəzərdə tutulur. Mərkəzdə həm də mühazirə zalı təşkil olunacaq, gənclər, balıqçılar və sahilyanı rayonların əhalisi arasında maarifləndirmə işləri aparılacaq. T.Eybatov onu da qeyd edib ki, Təbiət Tarixi Muzeyi əməkdaşlarının daha səmərəli fəaliyyətinin təşkili məqsədilə onlar üçün geniş ərazidə yerləşən ikimərtəbəli bina ayrılıb. Muzeyi buraya köçürmək üçün hazırda təşkilati işlər aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью