Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tarixən Abşeron yarımadasında şirin su ehtiyyatlarının məhdud olması duzlu göllərin formalaşmasına səbəb olmuşdur. Kənd ərazisində olan duzlu göl torpaq qatlarının tərkibi və yeraltı suların minerallaşması nəticəsində meydana gəlmişdir. Bəzi mənbələrə görə, gölün suyu həddən artıq duzlu olduğu üçün burada fauna və flora inkişaf etməyib. Əvvəllər kənd əhalisi göldən duz əldə ediblər.
Qədim dövrlərdə duzla bağlı müxtəlif inanclar olduğuna görə, göl kənd sakinləri üçün xüsusi əhəmiyyətə malik olub. Gölün suyu və palçığı da xalq təbabətində istifadə edilib. Göl kənd təəsrrüfatı məqsədilə istifadə edilmir, amma vaxtıilə yerli əhalinin həyatında mühim rol oynayıb. Bu gün gölün ətrafı geniş bir ərazi boş qalıb və istifadə edilmir. Məşhur olmasa da, Qala kəndində də vaxtilə insanları duz əldə etdiyi, sağlamlıq məqsədilə istifadə etdiyi bir göl var.
Qala kəndi tarixi abidələri, qəbirstanlığı və tarixi evləri ilə diqqət çəkən bir ərazidir. Burada duz gölünün olması isə Qala kəndinin təkcə tarixi baxımdan deyil, eyni zamanda coğrafi baxımdan da xüsusi bir ərazi olduğunu sübut edir.
İradə Cəlil, Bizimyol.info