Abşeron yenə qalib gəldi

27.03.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Çempionatın lideri “Abşeron” autsayder UNEC-in qonağı olub. Görüş qonaqların asan qələbəsi ilə başa çatıb. Tələblər bu görüşdə cəmi 29 xal qazana biliblər.

“Murov Az Terminal” “Azərreyl”lə üz-üzə gəlib. "Dəmiryolçular" 3:1 hesabı ilə üstün olublar.

Tura “Milli Aviasiya Akademiyası” - “Gəncə” matçı ilə yekun vurulub. Çempionluq uğrunda yarışan meydan sahibləri gözlənilmədən uduzublar. 2:3 hesabı ilə uduzan komanda liderdən 4 xal geri düşüb.

Yüksək Liqa (qadınlar)
XVII tur
27 mart

16:00. UNEC - “Abşeron” - 0:3 (8:25, 11:25, 10:25)
UNEC VK-nın idman zalı

16:00. “Murov Az Terminal” - “Azərreyl” - 1:3 (23:25, 26:28, 25:11, 15:25)
GİN-in Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” - “Gəncə” - 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)
GİN-in Voleybol Mərkəzi

Azərbaycan millisinin üzvü finalda “Alba” finalda rəqibini gözləyir Liderlər sensasiyaya imkan vermədilər AVF məşqçilər üçün kurs təşkil edib “Azərreyl” məğlub oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью