Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bir nəfər şübhəli saxlanılıb
Abşeron rayonunda qətl hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü İsrail Moxramovun bıçaqlanaraq öldürüldüyü bildirilir.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Mirəhəd Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.