Abşeronda 500 ə yaxın sakin çarəsiz vəziyyətdə: Gərək eşşək arabası alaq

13.03.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Memar Əcəmi küçəsində yaşayan 500-ə yaxın sakin yollarının bərbad olmasından şikayətlənir.

Sakinlər iddia edirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətlərinə baxan yoxdur.

"Şəhərdən məhəllənin başına kimi 5 manata gəlirik. Sürücülər yolu görəndən sonra 3 manat da əlavə istəyirlər. Şəhərə gedəndə üst-başımız palçıq olur. Görün nə vəziyyətdəyik, belə yaşayış olmaz. Gərək eşşək arabası alaq", - deyə sakin narazılığını bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək eşşək arabası alaq"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью