Abşeronda ağır qəza Ölən və yaralanan var | Icma.az
Manset portalından verilən məlumata əsasən, Icma.az bildirir. Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var.
Manset.az xəbər verir ki, hadisə Bakı-Quba yolunda qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili yolu keçən ər və arvadı vurub.
Yaralılar xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, ölən qadın 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydalıyevadır. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu