Abşeronda avtomobil ata və iki azyaşlı oğlunu vurdu

18.01.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.

Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью