Abşeronda balıqların kütləvi tələf olduğu ərazidə son vəziyyət

04.06.2025

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonu Məhəmmədi kəndində yerləşən göldə balıqların kütləvi ölümü ilə bağlı bir neçə qurum bu gün hərəkətə keçib.

BAKU.WS xəbər verir ki, Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə texnika cəlb olunub. Ekskavatorla çala qazılıb və balıqların bir qismi basdırılsa da, göldən ölü balıqlar tamamilə təmizlənməyib.

PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

Qalereya

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью