Abşeronda binada partlayış baş verib: Xəsarət alan var VİDEO

04.10.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

YouTubehttps://www.youtube.com/watch?v=JY2nj3WgFL0

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью