Abşeronda bir gecədə dörd evi taladılar

04.03.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonunda silsilə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı dörd evdən elektrik naqilləri, su qızdırıcılar, 1600 manat dəyərində 4 ədəd avtomobil təkəri və digər dəyərli əşyaları talayıb.
"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə 28 yaşlı A.Məmmədov qeyd olunan əməlləri törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətlərini reallaşdırdığı məlum olub. 
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью