Abşeronda bu qəsəbədə qazın verilişində müvəqqəti fasilə yaranacaq

05.12.2024

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

Mia.az "Azəriqaz" İstehsalat Birliyinə istinadla xəbər verir ki, saat 13:00-dan işlər başa çatana qədər Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan zaman qəsəbədə qaz kəsiləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью