Abşeronda DƏHŞƏT: oğul atasının meyitini tapdı

18.11.2025

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Abşeronda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri, Quşçuluq massivi 6-cı küçədə qeydə alınıb.

60 yaşlı Hüseynov Hümbət Yəhya oğlunun meyiti yaşadığı evdə, qonşuluqda yaşayan oğlu tərəfindən aşkarlanıb. Mərhumun hansı səbəblə öldüyü isə bəlli deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью