Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az Oxu.Az-a istinadla xəbər verir ki, rayon ərazisində hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü 35 yaşlı piyada qadını vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə hadisə yerindən yayınıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.