Abşeronda ərarvad arasında mülk davası | Icma.az
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Abşeron rayonunda 1981-ci il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Gülarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 11 iyun 2024-cü ildə baş verib.
Səlim həmin gün saat 22 radələrində yaşadıqları evdə keçmiş arvadı Gülarə ilə pay torpaq sahəsinin bölünməsi ilə bağlı aralarında yaranmış narazılıq üstündə mübahisə edib.
Səlim həmin mübahisə əsnasında Gülarənin üzərinə hücum edib, qəsdən əl, yumruq zərbələri ilə onun sifət, baş, qol və bədəninin müxtəlif nahiyələrinə, təpiklə isə ayaq nahiyələrinə zərbələr vurub.
Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vur
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Gülarə ilə 2006-cı ildə ailə həyatı qurub, birgə nikahdan iki övladı var: “Əvvəllər Gülarə ilə münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün 2011-ci ildə Nərimanov Rayon Məhkəməsi tərəfindən boşandıq.
Tam oxu
Xəbəri oxu