Abşeronda Heydər Əliyevin anım günü dərin ehtiramla qeyd olunub FOTOLAR | Icma.az
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müstəqil və qalib Azərbaycanın memarı və qurucusu, dahi şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevin Anım günü Abşeron rayonunda dərin ehtiramla qeyd edilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar və rayon ictimaiyyəti Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı keçirilən tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Böyük tarixi şəxsiyyətin zəngin fəaliyyətinə dair videoçarxın nümayiş olunduğu tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyəti boyu inkişaf edən, milli dəyərləri ilə tanınan, xarici dövlətlər arasında özünə layiqli yer tutan güclü Azərbaycan naminə böyük əzmlə çalışıb və dönməz prinsipləri, misilsiz tarixi xidmətləri ilə adını dünyada ən nüfuzlu liderlər cərgəsinə daxil edib.
Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünə toxunan rektor 15 mindən artıq Azərbaycan gəncinin keçmiş SSRİ-nin adlı-sanlı ali məktəblərinə təhsil almağa göndərilməsini, milli kadrların hazırlanmasını, ana dilin inkişaf etdirilməsini və dövlət strukturlarında azərbaycanlı məmurların irəli çəkilməsi kimi xidmətlərini Ulu Öndərin gələcəyin müstəqil Azərbaycanı üçün atdığı olduqca mühüm addımlar kimi səciyyələndirib.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin idarəçiliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı uğurları nəzərə çatdırıb, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində bu fenomenal şəxsiyyətin mühüm roluna toxunub.
Tam oxu
Xəbəri oxu