Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Abşeron rayonunda hündürlükdən yıxılan 42 yaşlı fəhlə ölüb.
Hadisə Xırdalan şəhərində yerləşən tikintilərdən birində qeydə alınıb.
1982-ci il təvəllüdlü Radim Nüsrət oğlu İbrahimov iş zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.