Abşeronda işıqforun qırmızı işığında keçən piyadalar CƏRİMƏLƏNDİ VİDEO | Icma.az
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində piyadalarla bağlı maarifləndirici tədbir həyata keçirib.
Avtosfer.az xəbər verir ki, tədbir əsasən Xırdalan şəhəri ərazisində təşkil olunub.
Piyada zolağı olduğu halda həyatını təhlükəyə ataraq haradan gəldi yolu keçən piyadalarla söhbət aparılıb.
DYP əməkdaşları tərəfindən piyada keçidlərindən istifadə etməyən şəxslərin maarifləndirilməsi məqsədilə nəzarət tədbirləri gücləndirilib.
Xırdalan şəhərinin müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyini təmin etmək, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək, vətəndaşlar arasında təbliğat işinin aparılması da tədbir zamanı yol polislərinin diqqət mərkəzində olub.
Həmçinin piyadalar yol-hərəkəti qaydalarını pozduqları üçün saxlanılıb.
Onların hər biri ilə maarifləndirici söhbətlər aparılıb, “Yol-hərəkəti haqqında” qanunun tələbləri, piyadaların hüquq və vəzifələri barədə məlumatlar verilib.
Tam oxu
Xəbəri oxu