Abşeronda kişini şəkilləri ilə şantaj etdilər

09.07.2025

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeronda hədə-qorxu gələn şəxslər saxlanılıblar. 
Lent.az xəbər verir ki, Abşeron rayon sakini olan 34 yaşlı kişi polisə müraciət edərək iki nəfərin ona məxsus fotoşəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini, 955 manatını və 4000 manat dəyərində qızıl-zinət əşyasını aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 17 və 18 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью