Abşeronda mağazada satıcıya qarşı quldurluq edilib | Icma.az
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq. Abşeron rayonunda quldurluq edən şəxs saxlanılıb.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı S.Həmidov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu