Abşeronda məktəbdə yanğın olub, 4 nəfər təxliyə olunub

02.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yanğın olub.

APA FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli məktəb binasında elektrik lövhəsi və qoruyucu açar yanıb. Yanğınsöndürənlər tərəfindən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью