Abşeronda məktəbli dəm qazından zəhərlənib

07.01.2026

Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonunun Saray qəsəbəsində məktəbli dəm qazından zəhərlənib.

Mia.az xəbər verir ki, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.

Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью