Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Abşeron rayonu ərazisində sakinlərdən birinin evindən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
XQ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı F.Qasımova və 24 yaşlı S.Vəliyeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onların müvəqqəti qaldıqları evdən qızıl-zinət əşyalarını oğurladıqları müəyyən olunub.
Rayon ərazisində məişət əşyaları, eləcə də avtomobildən içərisində bank kartları olan pul qabı oğurlayan F.Adıgözəlov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.