Abşeronda mənzillərin 21% ni şirkətlər alıb

22.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumat yayır.

Azərbaycan üzrə mənzil alıcılarının böyük əksəriyyəti fiziki şəxslər olsa da, bəzi ərazilərdə hüquqi şəxslərin payı xeyli yüksəkdir.

Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, ölkə üzrə 41 606 əqdin 39 442-si fiziki şəxslərin, 2 164-ü hüquqi şəxslərin adına rəsmiləşdirilib. Beləliklə, hüquqi şəxslərin ümumi payı 5,2% təşkil edib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Lakin Abşeronda hüquqi şəxslər 1 277 mənzil alıb və onların payı 21,1%-ə çatıb. Sumqayıtda da hüquqi şəxslərin payı ölkə ortalamasından yüksək – 13,3% olub.

Bakıda isə hüquqi şəxslərin payı cəmi 1,4%, Gəncədə 0,4% təşkil edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью