Abşeronda oğurluq edən 3 nəfər saxlanıldı

03.07.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Abşeron rayonu ərazisində ümumi dəyəri 12000 manat olan naqil oğurlanıb.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı H.Yusubov və əvvəllər məhkum olunmuş 35 yaşlı A.Köçərli müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində obyektlərin birindən oyun aparatı talamaqda şübhəli bilinən 21 yaşlı İ.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью