Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşıb, biri ölüb

13.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

“Report” un yerli bürosh məlumat verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью