Abşeronda qadın qohumu tərəfindən qətlə yetirildi

30.01.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 30-u saat 13 radələrində Abşeron rayonu ərazisində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Şakir Rzayevin rayonun Masazır kəndi ərazisində bıçaqla xəsarətlər yetirərək qohumu Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şakir Rzayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью