Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19.06.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Abşeron rayonu, Digah qəsəbəsində 53 yaşlı qadına qarşı qəddar fiziki zorakılıq və qarət hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, 1972-ci il təvəllüdlü Nəzakət Musayeva yaşadığı evin qarşısında naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb. Zərərçəkənin dediyinə görə, həmin şəxs ondan su istəyib. Musayeva su gətirib verdikdən sonra kişi qəfil şəkildə onun boyun nahiyəsinə zərbə endirib, daha sonra isə qulağındakı sırğaları çıxararaq hadisə yerindən qaçıb.

Qadın baş, boyun və üz nahiyəsindən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Zərərçəkən bildirib ki, onu döyən şəxs narkotik maddə aludəçisidir

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Təfərrüatlar bəlli olduqca məlumat veriləcək.

Lalə

Baku Post


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью