Abşeronda qəribə qəza: Qoşqudakı ekskavator Prius un üzərinə aşdı

12.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu, Digah yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində ekskavator avtomobilin üzərinə aşıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə iyulun 11-i saat 22:53-də baş verib:

"Abşeron rayonu, Digah yolunda Namiq Quliyevin idarə etdiyi 90-SL-562 dövlət nömrə nişanlı "MAN TGA" markalı qoşqulu yük avtomobili geriyə hərəkət edərkən daşıdığı ekskavator Azər Mahmudovun idarə etdiyi 99-UM-616 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin üzərinə düşüb. Hadisə maddi zərərlə nəticələnib. Ölən və xəsarət alan olmayıb".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью