Abşeronda qonşular arasında kütləvi DAVA ANBAAN GÖRÜNTÜ | Icma.az
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron rayonunun Masazır qəsəbəsində qonşular arasında kütləvi dava qeydə alınıb.
Nəticədə bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qonşular arasında mübahisəyə səbəb qapı açmaq məsələsi olub.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, həmin ünvanda yaşayan Ruslan Quliyev evinin küçəyə çıxışını təmin etmək üçün qapı açmaq istəyib.
Lakin qonşusu Alim Nağıyev və övladları buna etiraz ediblər. Etiraz mübahisəyə, daha sonra isə davaya çevrilib.
Ruslan Quliyev açıqlamasında bildirib ki, qapını qanuna uyğun olaraq açmaq istəyir. Ancaq qonşu ona imkan vermir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Masazır qəsəbəsində qonşular arasında olan insidentlə bağlı polisə müraciət daxil olub.
Tam oxu
Xəbəri oxu