Abşeronda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

14.04.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində bir nəfərə məxsus "Toyota" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, avtomobil sahibinin sevgilisi, 35 yaşlı G.Nəsibova müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törətdiyi də məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью