Abşeronda silsilə oğurluqlar: həbs edilənlər var

17.11.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Lent.az xəbər verir ki, Abşeron rayonu ərazisində ayrı-ayrı evlərdən qaz sayğacları və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı P.Şahmarlı və 49 yaşlı N.Bəylərov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью