Abşeronda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb

27.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonu ərazisində 2 ayrı vətəndaşa məxsus içərisində pul, bank kartları və sənəd olan çantanın, həmçinin mobil telefon və 1060 manat maddi vəsaitin soyğunçuluq yolu ilə talanması barədə polisə məlumatlar daxil olub.

Avtosfer.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı O.Allahverdiyev və 31 yaşlı S.Sadıqov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью