Abşeronda yanacaqdoldurma məntəqəsində dəhşətli anlar VİDEO

05.08.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

“Yeni Sabah” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqənin ərazisində yerləşən bir dam altında tikilmiş ümumi sahəsi 260kv.m. olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub. Sezar pizza

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaqdoldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60kv.m. sahədə və dam örtüyünün taxta atmaları 260kv.m. sahədə yanıb.

Xəsarət alan olmayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью