Abşeronda yanğın oldu

07.12.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Abşeron rayonunda yaşayış kompleksində yanğın olub.

Bakupost.az xəbər verir ki, yanğın Mehdiabad qəsəbəsində yerləşən "Qarant" yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, yanğın qaz sayğacından başlayıb.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью