Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Abşeron rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkili Ramid Namazov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev,Bakı Mühəndislik Universitetinin rektoru, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları, partiya fəalları, gənclər və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad ediblər.
YAP Abşeron Rayon Təşkilatının inzibati binasında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək partiyanın yaranma tarixinə və fəaliyyətinə nəzər salıb.
Yeni Azərbaycan Partiyasının zərurətdən yarandığını qeyd edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti və ideyalarını həyata keçirən partiya xalqımızın siyasi tarixində özünəməxsus yer tutur.
Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və sabahın partiyası olduğunu vurğulayan RİH başçısı bildirib ki, YAP bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində siyasi fəaliyyət həyata keçirməkdədir.