Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri ilə bağlı elan bir sıra işlər həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, satınalmanın qalibi “Proqress İnşaat EN” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Müqaviləyə əsasən, qalib şirkət 2026-cı ildə büdcə və büdcədənkənar vəsaitlər hesabına Xırdalan şəhərində, eləcə də Saray, Mehdiabad, Ceyranbatan, Digah, Şəfəq qəsəbələri və Novxanı, Masazır, Fatmayı kəndlərində yolların əsaslı təmirini həyata keçirəcək. Elektronika məhsulları
Görüləcək işlər müqabilində “Proqress İnşaat EN” MMC-yə 2 milyon 769 min 849,7 manat ödəniləcək.
Qeyd edək ki, sözügedən şirkət 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 1000 manatdır. Media məlumatlarına görə, qanuni təmsilçisi Kamran Abuzərov (əvvəlki xəbərlərdə Nazim İslamov) göstərilir, təsisçisinin isə Eldar Şirinov olduğu iddia edilir.
Cəlalə Cəlalqızı