Abşeronda yaşayış binalarına yaxın ərazidə yanğın baş verib

02.06.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinə yaxın ərazidə yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis qüvvələri cəlb olunub.
Operativ müdaxilə nəticəsində yanğının yaxınlıqdakı yaşayış binalarına keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Fərid Yusifov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью