Abşeronda yaşayış binalarının yaxınlığında yanğın baş verib

10.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunun Məhəmmədi dairəsində yerləşən açıq ərazidə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə, alov yaşayış binalarına yaxın ərazidə qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları və polis əməkdaşları cəlb olunub.

Operativ müdaxilə nəticəsində yanğının yaşayış binalarına keçməsinin qarşısı alınıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
Fərid Yusifov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью