Abşeronda yol qəzası baş verib, ölən və yaralanan var

26.07.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Abşeronda ağır yol nəqliyyat hadisəsi olub, ölən və yaralanan var.

APA xəbər verir ki, hadisə Novxanı -Binəqədi yolunda qeydə alınıb.

Belə ki, motosiklet yolu keçmək istəyən piyadanı vurub.
Hadisə nəticəsində piyada ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Motosikletin sürücüsü isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью