Abşeronda yol qəzası olub, xəsarət alan var

24.11.2024

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Abşeronda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın məlumatına görə, Hökməli qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Carçıyev Zahir Məzahir oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью