Abşeronda yol qəzası olub, xəsarət alan var

24.11.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeronda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Hökməli qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Carçıyev Zahir Məzahir oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью